Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

Hazırda oxunan: Rəfiqəsinə borc verən qadın küçədə döyüldü, oğlu isə həbs edildi

259817

Mingəçevir şəhərində pula görə yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində baş verib.

Yevlax rayon sakini olan qadın rayon ərazisindəki evini sataraq Mingəçevirə köçüb. O, həmin puldan rəfiqəsinə müəyyən müddətə 7 min manat borc verib. Vaxt tamam olandan sonra qadın rəfiqəsindən borcunu istəyib. Amma rəfiqəsi borcu qaytarmayıb. Əksinə o, kürəkəni Rafiq Məmmədov (soyad şərtidir) və onun atası ilə birləşərək qadını döyüb.
 

Anasının döyüldüyünü eşidən oğlu İlham Hüseynov (soyad şərti) Rusiyadan Mingəçevirə gəlib və söhbətə aydınlıq gətirmək istəyib. O, Nizami küçəsində Rafiq Məmmədovla rastlaşıb və ondan anasını nəyə görə döydüyünü soruşub. Rafiq Məmmədov isə yanındakı şəxslərlə İlham Hüseynova hücum edib və onu da döymək istəyib. Həmin vaxt İlham Hüseynov üzərində gəzdirdiyi bıçaqla Rafiq Məmmədova qarın və ürək nahiyəsindən iki zərbə endirib.


Yaralı xəstəxanaya yerləşdirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən İlham Hüseynov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmənin hökmü ilə o, 6 il azadlıqdan məhrum edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO