Bricit Makron ŞOKDA: Qadın olduğunu sübut edə bilmir

Bricit Makron ŞOKDA: Qadın olduğunu sübut edə bilmir

Hazırda oxunan: Bricit Makron ŞOKDA: Qadın olduğunu sübut edə bilmir

259815

Paris məhkəməsi Fransa prezidentinin xanımı Bricit Makronun guya kişi kimi doğulduğunu iddia edən jurnalist Nataşa Reyin ittihamlarına bəraət qazandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Reyin vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, məhkəmənin bəraət qərarından sonra Nataşa Rey Bricit Makrona qarşı hücumlarını davam etdirmək niyyətindədir. 

O, məhkəmə prosesi zamanı saxtakarlıq (fırıldaqçılıq) ittihamı ilə xüsusi (şəxsi) iddia qaldırmaq istəyir. 
 

Vəkil hesab edir ki, Bricit Makron özünü qurban kimi təqdim edərək məhkəməni yanlış səmtə yönləndirib.


Xatırladaq ki, Nataşa Rey uzun müddətdir iddia edir ki, Bricit Makron əslində kişi olaraq dünyaya gəlib və sonradan cinsiyyət dəyişdirib. Bu iddialar ictimaiyyətdə rezonans doğurmuş və ilk xanımın özü tərəfindən qəti şəkildə təkzib edilmişdi. Bu səbəbdən Bricit Makron jurnalisti məhkəməyə vermişdi.

Lakin Paris məhkəməsi jurnalistin fikirlərini ifadə azadlığı çərçivəsində qiymətləndirərək Reyin təqsirli olmadığına qərar verib.

Buna cavab olaraq, Bricit Makronun vəkilləri apellyasiya şikayəti verəcəklərini açıqlayıblar. Onlar məhkəmə qərarını ədalətsiz sayır və Nataşa Reyin cəzalandırılmasını tələb edirlər.

Bu hadisə Fransa cəmiyyətində ciddi müzakirələr doğurub və bir çoxları medianın sərhədləri, şəxsi toxunulmazlıq və ifadə azadlığı mövzularını yenidən gündəmə gətiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO