“Subbakalavrların çoxu işləyir, dərsə gəlmirlər” – Məleykə Abbaszadə

“Subbakalavrların çoxu işləyir, dərsə gəlmirlər” – Məleykə Abbaszadə

Hazırda oxunan: “Subbakalavrların çoxu işləyir, dərsə gəlmirlər” – Məleykə Abbaszadə

259802

"Subbakalavrların sayı çox olduqda ali məktəblər şikayət edirlər".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələrinin birinci günü zamanı deyib. 

Sədr bildirib ki, ötən il 5000 dən çox subbakalavr ali məktəbə imtahansız qəbul olub. 
 

"Subbakalavrların çoxu işləyir, dərsə gəlmirlər. Həmçinin təlim prosesində onlardan nəticə əldə etmək çox çətin olur. Subbakalavrların sayı çox olduqda ali məktəblər şikayət edirlər.


Çünki universitetlər bilikli tələbələr axtarırlar. Artıq müsabiqə sadəcə abituriyentlər arasında yox, ali məktəblər arasında da gedir. Çünki onlar istəyirlər ki, ən yüksək nəticə göstərən abituriyentlər onların universitetinə qəbul olsunlar. Abiyuriyent 201 bal toplayıbsa, subbakalavrları üstələyir. Sonra qalan yerlərə subbakalavrlar qəbul olur". 

Nəzrin Mirzəyeva, Sadiq Məmmədov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO