Azərbaycanda ətin qiyməti qalxdı - VİDEO

Azərbaycanda ətin qiyməti qalxdı - VİDEO

Hazırda oxunan: Azərbaycanda ətin qiyməti qalxdı - VİDEO

259732

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymət artımı təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər bahalaşıb.

Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Hələlik qiymət sabitləşsə də, ucuzlaşma gözlənilmir. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır.

Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO