“Barselona” Messinin şərəfinə oyun təşkil edəcək

“Barselona” Messinin şərəfinə oyun təşkil edəcək

Hazırda oxunan: “Barselona” Messinin şərəfinə oyun təşkil edəcək

259715

"Barselona" Lionel Messinin şərəfinə oyun təşkil etməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, qarşılaşma “Kamp Nou” stadionu tam istifadəyə veriləndən sonra baş tutacaq.

"3Cat"ın məlumatına görə, kataloniyalar artıq argentinalı futbolçunun ailəsi ilə əlaqə saxlayıblar və Messi oyunun təşkilinə razılıq verib. Xüsusi matçım arenanın dam örtüyünün quraşdırılması və azarkeş sayı ilə bağlı məhdudiyyət aradan qaldırıldıqdan sonra 2026/27 mövsümündə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, "Kamp Nou"nun yenidənqurması başa çatmayıb. "Barselona" stadionda avqust 10-da "Joan Gamper Kuboku" çərçivəsində ilk matçını keçirəcək. Bu matçda azarkeş sayı 28 000–35 000 arasında məhdudlaşdırılacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO