Bakıda sürücülər bu yolda qaydaları niyə pozur? - ƏSAS SƏBƏB - VİDEO

Bakıda sürücülər bu yolda qaydaları niyə pozur? - ƏSAS SƏBƏB - VİDEO

Hazırda oxunan: Bakıda sürücülər bu yolda qaydaları niyə pozur? - ƏSAS SƏBƏB - VİDEO

259695

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bizim.Media xəbər verir ki, bu dəfə paytaxtın Cəlil Məmmədquluzadə və Bakıxanov küçələrinin kəsişməsində yaşanan sıxlıq problemindən bəhs olunub.

Bildirilib ki, ərazidəki tıxacın əsas səbəbi nəqliyyat axınının çoxluğu və birləşən küçələrdə hökm sürən xaotik vəziyyətdir. Sıxlıq səbəbindən bu kəsişmədə yol hərəkəti qaydalarını pozanlar da az deyil.
 

"Xüsusilə günün pik saatlarında Zivərbəy Əhmədbəyov küçəsindən və onunla kəsişən hər iki istiqamətdən gələn sürücülər ciddi sıxlıq yaradırlar. Əsas problem ondan ibarətdir ki, hər üç istiqamətdən gələnlər Bakıxanov körpüsünün yanından sağa dönmək üçün qırmızı işıqda kəsişməyə daxil olur və nəticədə, yolun ortasında qalırlar", - deyə qeyd olunub.


Bildirilib ki, Allahyar Nəsibov küçəsindən gələnlər "Stop" nişanının tələbinə tam şəkildə əməl etsələr, bu zaman sıxlıq daha da artır və körpü altı sahədə hərəkət mümkünsüzləşir. Nəticə etibarilə bu ərazidə qaydaları pozmayan sürücülər sıxlıqda qalmalı olurlar.

Daha ətraflı videomaterialda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO