İyulun 12-də Türkiyənin Antalya vilayətinə 100 min 646 xarici turist səfər edib. Antalya və Alanya rayonunda yerləşən Qazipaşa hava limanlarının statistik göstəricilərinə əsasən hesablanan bu rəqəm son beş ilin iyul ayı üzrə ən yüksək göstəricisidir.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.
Nazir bildirib ki, güclü turizm infrastrukturu və sektorun qətiyyətli əməkdaşlığı sayəsində Antalyanın beynəlxalq aləmdə artan cazibəsi hər gün daha da artır.
O, “Türkiyə əsri” baxışı çərçivəsində görülən işlərin ölkənin turizmdə əldə etdiyi nailiyyətləri daha da irəli apardığını vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:08 / 13.07.2025
Antalya turist sayına görə daha bir rekorda imza atdı
Hazırda oxunan: Antalya turist sayına görə daha bir rekorda imza atdı
Hazırda oxunan: Antalya turist sayına görə daha bir rekorda imza atdı
259690
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.