Daşkəsəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Xoşbulaq yolunda baş verib. Rayonun Zağalı kənd sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədov idarəetdiyi avtomobili hərəkətdə olan digər maşına çırpıb.
Nəticədə Elvin və onun qardaşı 44 günlük Vətən Müharibəsi qazisi 1998-ci il təvəllüdlü Eşqin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən tibb müəssisələrinin birinə yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
11:16 / 13.07.2025
Vətən Müharibəsi qazisi qardaşı ilə birgə qəzada yaralandı
Hazırda oxunan: Vətən Müharibəsi qazisi qardaşı ilə birgə qəzada yaralandı
Hazırda oxunan: Vətən Müharibəsi qazisi qardaşı ilə birgə qəzada yaralandı
259640
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.