"Arsenal" onunla yeni müqavilə imzalamağa YAXINDIR

"Arsenal" onunla yeni müqavilə imzalamağa YAXINDIR

Hazırda oxunan: "Arsenal" onunla yeni müqavilə imzalamağa YAXINDIR

259611

"Arsenal" gənc futbolçusu İtan Nvaneri ilə yeni müqavilə bağlamağa yaxındır.

Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

London klubu 18 yaşlı hücumameyilli yarımmüdafiəçiyə uzunmüddətli layihə təqdim edib və onun komandadakı gələcək rolunu ətraflı şəkildə izah edib. Tərəflər arasında danışıqlarda oyun vaxtının artırılması perspektivi də müzakirə olunub. "Topçular" yaxın günlərdə yeni sözləşmə üçün razılıq almağı gözləyirlər.

Qeyd edək ki, İtan Nvaneri "Arsenal" akademiyasının yetirməsidir. O, indiyə qədər əsas komanda ilə 39 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO