Zelenski Ukraynanın müdafiə nazirinin ABŞ-a səfir təyin ediləcəyinə işarə etdi

Zelenski Ukraynanın müdafiə nazirinin ABŞ-a səfir təyin ediləcəyinə işarə etdi

Hazırda oxunan: Zelenski Ukraynanın müdafiə nazirinin ABŞ-a səfir təyin ediləcəyinə işarə etdi

259595

Ukrayna Prezidenti Volodimir Zelenski müdafiə naziri Rüstəm Umerovun ABŞ-a səfir təyin oluna biləcəyini istisna etməyib.

Bizim.Media xəbər verir ki, Müdafiə naziri ilə keçirdiyi iclasdan sonra o, Telegram kanalında yazıb.

“Ukraynanın ABŞ ilə münasibətlərində daha çox pozitiv dinamika lazımdır və eyni zamanda, ölkəmizin müdafiə sahəsində idarəetmədə yeni addımlar atmaq vacibdir. Bu istiqamətdə müvafiq qərarlar yaxın vaxtlarda açıqlanacaq”, - Zelenski qeyd edib.

Bu bəyanat Umerovun ABŞ-a səfir təyin olunması ilə bağlı ehtimalları gücləndirib.

Qeyd edək ki, daha əvvəl də Zelenski öz çıxışlarından birində Umerovun Vaşinqtonda səfir postuna namizədliyini istisna etməmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO