Bakının 549 küçəsi yuyuldu - FOTO

Bakının 549 küçəsi yuyuldu - FOTO

Hazırda oxunan: Bakının 549 küçəsi yuyuldu - FOTO

259587

İyulun 12-də Bakı şəhər kommunal xidmətləri tərəfindən paytaxtda həyata keçirilən genişmiqyaslı təmizlik işləri çərçivəsində küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 549 əsas küçə, prospekt və məhəllədaxili yollarının yuyucu maddələrlə yuyulması təmin edilib və eyni zamanda, genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib.

Paytaxtın bütün rayonlarını əhatə edən iməcilik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olmuşdur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO