Baş nazir Ukraynanın energetika naziri ilə görüşüb - FOTO

Baş nazir Ukraynanın energetika naziri ilə görüşüb - FOTO

Hazırda oxunan: Baş nazir Ukraynanın energetika naziri ilə görüşüb - FOTO

259552

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məlumata görə, görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb.


İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO