Bakıda AKİAB üzvlərinin növbəti görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə iştirak edən sahibkarlar arasında əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olunub, yeni iş əlaqələrinin qurulmasına dair ilkin razılaşmalar əldə edilib.
Tədbirdə çıxış edən AKİAB üzvü Fuad Heydərli deyib ki, tədbirin əsas məqsədi üzvlər arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin təşviqi və biznes şəbəkəsinin genişləndirilməsidir:
“AKİAB platforması çərçivəsində təşkil olunan bu kimi tədbirlər üzvlər arasında həmrəyliyin artmasına, birgə inkişaf və uğurlu tərəfdaşlıqların formalaşmasına şərait yaradır. Biz birlikdə daha güclüyük”.
Görüş zamanı müxtəlif sahələr üzrə ideya və təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlığa dair konkret təkliflər səsləndirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:09 / 11.07.2025
AKİAB üzvlərinin görüşü baş tutub — FOTO
Hazırda oxunan: AKİAB üzvlərinin görüşü baş tutub — FOTO
Hazırda oxunan: AKİAB üzvlərinin görüşü baş tutub — FOTO
259458
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.