Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakını GƏZDİLƏR - FOTO

Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakını GƏZDİLƏR - FOTO

Hazırda oxunan: Azərbaycana gətirilən ukraynalı uşaqlar Bakını GƏZDİLƏR - FOTO

259451

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Azərbaycana gətirilən daha 30 ukraynalı uşaq artıq Bakıda müxtəlif görməli yerləri ziyarət edib və reabilitasiya proqramına başlayıblar.

Bu barədə Bizim.Media-ya agentlikdən məlumat verilib.

Məlumata görə, uşaqlar İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi və Yanardağ abidəsini gəzərək həm Azərbaycan mədəniyyəti ilə yaxından tanış olublar.

Növbəti günlərdə onların qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərində iştirakları planlaşdırılır.

Uşaqlar həmçinin Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcəklər.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO