İyunun 30-da Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində 2005-ci il təvəllüdlü Könül İbrahimlinin yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.
Qeyd edək ki, Könül İbrahimli bir neçə ay əvvəl İkinci Qarabağ Müharibəsinin qazisi ilə ailə həyatı qurub. Qızın valideynləri iddia edib ki, qızları yıxılmayıb, həyat yoldaşı onu itələyərək ölümünə səbəb olub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:38 / 11.07.2025
Qazinin həyat yoldaşının ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı
Hazırda oxunan: Qazinin həyat yoldaşının ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı
Hazırda oxunan: Qazinin həyat yoldaşının ölümü ilə bağlı CİNAYƏT İŞİ başlandı
259440
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.