Töhmət alan deputat günahı internetdə gördü

Töhmət alan deputat günahı internetdə gördü

Hazırda oxunan: Töhmət alan deputat günahı internetdə gördü

2594

"Bir neçə gün əvvəl Türkiyənin Tvnet kanalına açıqlamamda zəif internet bağlantısı səbəbindən mən Ermənistanın təzminat ödəməsi ilə bağlı suala cavab olaraq, fikrimi sona qədər çatdıra bilmədim. Bu vəziyyətdən yaranmış olan anlaşılmazlığa görə soydaşlarımızdan üzr istəyirəm".

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül Nurullayeva Facebook hesabında qeyd edib.

Deputat paylaşımında bildirib ki, dövlətimizə və xalqımıza bilərəkdən vurulan zərərlə bağlı təzminatın ödənilməsinə dair mövqeyi açıq və aydındır:

“Ermənistan birmənalı şəkildə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Yoxsul, səfil Ermənistan dövlətimizə və soydaşlarımıza vurduğu maddi və mənəvi zərəri ödəməyə məcburdur. Bu, beynəlxalq hüququn tələbidir''.

''Mən vətənimi, dövlətimi, xalqımı sevirəm, buna heç kimin şübhəsi olmamalıdır'' deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin İntizam Komissiyası deputat Könül Nurullayeva barəsində canlı yayımda "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə suala verdiyi cavaba görə töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO