AĞDAM – Qarabağda rəqəmsal gələcək ŞƏHƏR - FOTO 

AĞDAM – Qarabağda rəqəmsal gələcək ŞƏHƏR - FOTO 

Hazırda oxunan: AĞDAM – Qarabağda rəqəmsal gələcək ŞƏHƏR - FOTO 

25931

“Tozlu bir yolla irəliləyirik. Buraya demək olar ki, gecə-gündüz gələn inşaat texnikasını ötürük. Elektrik yarımstansiyalarının, su nasos stansiyalarının, yolların, körpülərin, kommunikasiyaların tikilməsi bölgənin inkişafının əsası və 25 ildən sonra bu yerlərə həyatın qaytarılmasıdır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün live jurnalında aviasiya, səyahət və fotoqrafiya sahəsində media mütəxəssisi olan Aleksandr Çeban yazıb. 

“Ağdam adı Azərbaycan dilindəki "ag" və "dam" (ev) sözlərindən yaranıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Yarım ildə Azərbaycanda tikilən YENİ AEROPORT – FOTO 


Bu ad Qarabağ xanlığının hökmdarı Pənahəli Xanın şəhərdə yerləşən "İmarət"in ağ rəngli əhəng boyalı iqamətgahından qaynaqlanır. Bu iqamətgah nisbətən günümüzə qədər gəlib çatıb və son 25 ildə məhv edilməyib. Ağdam Xankəndindən 26 km və Bakıdan 365 km məsafədə, Qarabağ düzünün kənarında, Qarabağ dağ silsiləsinin şərq ətəyində yerləşir.  

Son iyirmi ildə dağıdılmış və talan edilmiş kəndlərin, bütöv şəhərlərin qalıqlarını gördükdə nə hiss etdiyinizi sözlərlə izah etmək çətindir. Buradakı torpaqların minalardan təmizlənməsi üçün uzunmüddətli iş tələb olunur, lakin bütün azərbaycanlılar üçün Qarabağda həyatın bərpası ən yüksək prioritetdir. 

Düşünürəm ki, yeni şəhər qurmaq, sadə binalar tikmək, insanları məskunlaşdırmaq nisbətən asandır, amma Ağdamın girişindəki kiçik ekspozisiyada gördüklərim tamam bambaşqadır. Şəhərin infrastrukturunda rəqəmsal texnologiyalar, texnoparklar olacaq. Bu da gələcəkdə investisiyalar üçün xüsusi şərtlər yaradacaq.   
 

Tikinti planları haqqında rəsmi məlumat belədir: müasir Ağdam şəhəri özünü və  yaxınlığındakı 8 kəndi əhatə edəcək. Ağdamın ərazisi 1750 və  2450 hektar şəhərətrafı yaşıllıq sahəsindən (bağlar) ibarət olacaq. 


Fotoşəkillərdəki sxemlərə baxın. Şəhərin əhalisi 100 min nəfər olacaq ki, bu da Ağdamı Qarabağın ən böyük şəhəri və Azərbaycanın 6-cı ən böyük şəhərinə çevirəcək. Əhalinin 70% -i binalarda, 30% -i fərdi evlərdə yaşayacaq. İlkin olaraq şəhərdə 1750 yaşayış binası və 23 min mənzili olan binalar tikiləcək. 

Şəhər ərazisinin 23% -i meşə və park sahələrindən (yaşıllıq sahəsi), bir meşə parkından (125 hektar) ibarət olacaq.⠀ 

Məşğulluğun sabitliyini təmin etmək üçün şəhərin yaxınlığında sənaye sahəsi (sənaye parkları) salınacaq. Estetik komponent də unudulmayıb. Şəhərdə süni gölün yaradılması nəzərdə tutulur.
 

Həmçinin, körpülərin altı ilə şəhərdən 2 kanal keçəcək. Şəhər bölgələrə ayrılacaq və tarixi mərkəz, inzibati, yaşayış, yaşıl və sənaye / kənd təsərrüfatı zonalarına bölünəcək. Tarixi mərkəzdə İmarət saray kompleksi, Qarabağ xanlarının məqbərəsi, Şahbulaq qalası və yeni məscid olacaq.


Mərkəz Qarabağ şəhərlərinin ənənəvi memarlığına uyğun olaraq inşa ediləcək. İnzibati mərkəz futbol stadionundan (30 min nəfərlik), bələdiyyə binalarından, teatrdan, konsert salonundan və Qarabağ Universitetindən ibarət olacaq. Qələbənin şərəfinə xatirə muzeyi olan park və açıq havada konsert salonu da inşa ediləcək. 

Hər fərdi evə kənd təsərrüfatı ehtiyacları üçün 4-5 hektar torpaq sahəsi ayrılacaq. Suqovuşan və Xaçınçay su anbarları və artezian bulaqları su təchizatı üçün istifadə ediləcək.⠀ 

Ağdam insanlar üçün rahat olmalıdır. Şəhərdə geniş piyada və velosiped yolları şəbəkəsi olacaq. Şəhərin nəqliyyat sistemi dairəvidir. Magistral yollardan ayrı bir tramvay xətti də olacaq. Azərbaycanda ilk dəfə olaraq "ağıllı şəhər" anlayışı tətbiq ediləcək. Əminəm ki, bir ildən sonra burada hər şey yeni olacaq!”, deyə o, qeyd edib.⠀ 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO