Tanınmış meyxanaçı Ağamirzənin bir vaxtlar efirdə “heç vaxt efirdə yemək yemərəm” deməsi ilə onun başqa görüntülərində yemək yeməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, mövzu barədə Ölkə.az-a danışan Ağamirzə Məmmədov bildirib ki, bu videoları montaj ediblər:
“Mən demişəm ki, bundan sonra efirlərdə yemək yeməyəcəyəm.
Onu namərdlər, alçaqlar, vicdansızlar 8-10 il bundan qabaq olan köhnə çəkilişlə tapıb montaj ediblər. Düzdür, olub belə şey. Mən danmıram ki?! Neçə illər bundan qabaq olub. Oturmuşuq, çörək yemişik. Ondan sonra ağlım başıma gəlib, demişəm ki, “Ayıbdır belə şeylər etmək”. Elə ailələr var, o yeməyi, kababı yeyə bilmirlər.
Mən elə vicdansız adamam ki, bu sözü deyim səhəri gün gedib efirdə çörək yeyim? Hələ 2-3 efir olub ki, mənə görə süfrəyə yemək verməyiblər”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:34 / 11.07.2025
Video montaj imiş, Ağamirzə əsəbiləşdi: "Namərdlər..."
Hazırda oxunan: Video montaj imiş, Ağamirzə əsəbiləşdi: "Namərdlər..."
Hazırda oxunan: Video montaj imiş, Ağamirzə əsəbiləşdi: "Namərdlər..."
259304
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.