ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

Hazırda oxunan: ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

259277

Füzulidə ANAMA əməkdaşı nişanlısı ilə birlikdə avtomobillə kanala düşüb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Balaşov Famil Adil oğlu idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı kanala düşüb.
 

Nəticədə sürücü F.Balaşov və avtomobildə olan onun nişanlısı Aysel Səfərova müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə FHN-nin Füzuli rayon yanğınsöndürən bölməsinin xilasediciləri cəlb edilib.



Onlar sudan çıxarılaraq, Füzuli Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək ambulator müalicə üçün hər iki şəxs evə buraxılıb.

F.Balaşovun ANAMA əməkdaşı olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO