“Vest Hem” onun üçün 63 milyon ÖDƏYƏCƏK

“Vest Hem” onun üçün 63 milyon ÖDƏYƏCƏK

Hazırda oxunan: “Vest Hem” onun üçün 63 milyon ÖDƏYƏCƏK

259271

"Vest Hem"İn futbolçusu Mohamed Kudus Premyer Liqada klubunu dəyişməyə yaxındır.

Bizim.Media xəbər verir ki, "Tottenhem" qanalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Fabrtisio Romano məlumat yayıb.

"Vest Hem" Kudus üçün göndərilən 63 milyon avroluq təklifi qəbul edib. 24 yaşlı ön xətt oyunçusu "Tottenhem"lə 6 illik müqavilənin şərtlərini razılaşdırıb.

Qeyd edək ki, "Vest Hem" Mohamed Kudusu 2023-cü ilin yayında "Ayaks"dan transfer edib. Qana millisinin üzvü ötən mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO