Küçədə tanışını bıçaqlayan gənc cəzadan AZAD EDİLDİ

Küçədə tanışını bıçaqlayan gənc cəzadan AZAD EDİLDİ

Hazırda oxunan: Küçədə tanışını bıçaqlayan gənc cəzadan AZAD EDİLDİ

259261

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Məmmədəli Əmirxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə M.Əmirxanovun hadisəni törədərkən anlamsız olması qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə ötən il oktyabrın 13-də Bakının Suraxanı rayonunda baş verib. 1987-ci il təvəllüdlü Səid Əhmədov küçədə bıçaqlanıb. Yaralı xəstəxanaya gətirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Məmmədəli Əmirxanov saxlanılıb. Araşdırmalarla M.Əmirxanovun şəxsi münaqişə zəminində Səid Əhmədova bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO