Əbu-Dabidəki tarixi görüşlə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

Əbu-Dabidəki tarixi görüşlə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

Hazırda oxunan: Əbu-Dabidəki tarixi görüşlə bağlı Avropa İttifaqından AÇIQLAMA – EKSKLÜZİV

259191

"Avropa İttifaqı bu gün hər iki tərəfin elan etdiyi kimi, iyulun 10-da Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən görüşü alqışlayır".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Anitta Hipper deyib.

Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı tarixi görüşə Avropa İttifaqının münasibəti haqqında danışan Hipper, normallaşma prosesində atılan bütün addımların Aİ tərəfindən dəstəkləndiyini bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Əbu-Dabi görüşü yenidən geniştərkibli formatda DAVAM EDİB - VİDEO


"Avropa İttifaqı iki ölkə arasında normallaşma prosesini güclü şəkildə dəstəkləyir. Daha əvvəl qeyd edildiyi kimi, biz 2025-ci ilin martında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə danışıqların yekunlaşdırılmasını alqışladıq. Bu, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində mühüm addımdır", - deyə A.Hipper əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO