Ceyhun Bayramovla Lavrov arasında Qarabağ MUZAKİRƏSİ

Ceyhun Bayramovla Lavrov arasında Qarabağ MUZAKİRƏSİ

Hazırda oxunan: Ceyhun Bayramovla Lavrov arasında Qarabağ MUZAKİRƏSİ

25919

Rusiya Federasiyası və Azərbaycan Xarici İşlər Nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov telefonla danışıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Rusiya Federasiyanın Xarici İşlər Nazirliyinin saytında yer alıb. 

Mənbə yazır ki, telefon danışığında tərəflər xüsusilə humanitar problemlərin həlli ilə bağlı Qarabağ bəyanatının həyata keçirilməsini müzakirə ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! - Azərbaycan XİN-də mühüm görüş - VİDEO


​​​​​Lavrov vurğulayıb ki, Qarabağla bağlı üçtərəfli işçi qrupu bölgənin münaqişədən sonrakı inkişafına mühüm töhfə verəcək. 

Nazirlər, həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmləri müzakirə ediblər. 

Hər iki nazir məmnunluqla qeyd edib ki, yeni koronavirus infeksiyasının mənfi təsirinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətləri uğurla inkişaf edir, ticarət-iqtisadi qarşılıqlı əlaqə artır.

Buna Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının qərarları, habelə Baş nazir Əli Əsədovun Rusiya Federasiyasına son rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların tətbiqi böyük dərəcədə kömək edir.  

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsi kontekstində bir sıra mövzulara da  toxunulub. 

Xarici işlər nazirlikləri arasında gələcək əlaqələr barədə də razılığa gəlinib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO