Bu şəxslərə yeni mənzillər VERİLƏCƏK

Bu şəxslərə yeni mənzillər VERİLƏCƏK

Hazırda oxunan: Bu şəxslərə yeni mənzillər VERİLƏCƏK

259176

Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən xüsusi mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, tədbirlərin davamı olaraq Gəncə şəhərində də bu kateqoriyadan olan şəxslərin mənzil şəraiti yaxşılaşdırılır.

Belə ki, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzil veriləcək.

Sosial Xidmətlər Agentliyi artıq bir müddətdir bununla bağlı hazırlıqlara başlayıb və satınalma müsabiqəsi elan edib. Lakin ümumilikdə 40 mənzilin satın alınması ilə bağlı dəyəri 2 milyon 866 min manat proqnozlaşdırılan tender satınalmada iştirak etmək hüququ olan təchizatçıların sayının üçdən az olduğu üçün ləğv edilib. (İqtisadiyyat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO