Erməni səfirə Moskvada SARI VƏRƏQƏ

Erməni səfirə Moskvada SARI VƏRƏQƏ

Hazırda oxunan: Erməni səfirə Moskvada SARI VƏRƏQƏ

259165

Dünən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi tərəfindən Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın nazirliyə çağırıldığı məlum olub. Rəsmi məlumata əsasən, xarici işlər nazirinin müavini Mixail Qaluzin Rusiya tərəfinin mövqeyini Arsenyana çatdıraraq, Ermənistan informasiya məkanında Rusiya ilə bağlı konstruktiv informasiya mühitinin saxlanmasının vacibliyini vurğulayıb. Eyni zamanda Moskva ilə İrəvan arasında gələcək təmaslarla bağlı məsələlər də müzakirə olunub.

Bizim.Media xəbər verir ki, Ermənistanın diplomatik mənbələrinin verdiyi məlumata görə, söhbət gərgin şəraitdə keçib.

Arsenyana birbaşa tapşırılıb ki, Ermənistan rəhbərliyinə çatdırsın: əgər rəsmi İrəvan Qərbin təsiri altına düşərək Rusiya dövlət televiziya kanallarını ümumi televizion multipleksdən çıxararsa, bu, "xoşagəlməz sürprizlərlə", xüsusilə də iqtisadi sanksiyalarla nəticələnə bilər.
 

Xatırladaq ki, Samvel Karapetyanın həbsi və Moskvadan gələn sərt reaksiyalar fonunda, Rusiya səfiri Sergey Kopırkin Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılmış, burada ona Rusiyanın televiziya kanallarında səsləndirilmiş "təhqiredici bəyanatlara", eləcə də Ermənistan hakimiyyətinin fəaliyyətlərinə qarşı "hücumlara" görə etiraz notası təqdim edilmişdi.


Mənbələrin sözlərinə görə, rus diplomatlar Arsenyana həm də belə deyiblər: “Biz Ermənistanda nə planlaşdırıldığını bilirik və anlayırıq ki, hakimiyyət məqsədyönlü şəkildə antirusiya əhval-ruhiyyəsi formalaşdırır.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO