ŞAD XƏBƏR: Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz

ŞAD XƏBƏR: Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz

Hazırda oxunan: ŞAD XƏBƏR: Qeydiyyatdan keçmədən də Qarabağa gedə bilərsiz

259077

Xəbər verdiyimiz kimi artıq Qarabağa səfər edənlər orada 5 günədək qala biləcəklər.

Bizim.Media xəbər verir ki, işğaldan azad edilmiş ərazilərə səfərlərin daha rahat və planlı şəkildə təşkili məqsədilə yolumuzqarabaga.azportalı vasitəsilə əldə olunan icazələrin müddəti 2 gündən 5 günədək uzadılıb.

 

Yeniliyə əsasən, vətəndaşlar özləri qeydiyyatdan keçmədən də Qarabağ səfər edə bilərlər. Əgər vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən hoteldə rezervasiya edərsə, əlavə müraciətə ehtiyac olmadan, onun əvəzindən giriş icazəsi hotel tərəfindən alınır. Hotel tərəfindən təklif onunan bu xidmət əlavə alternativ və sadələşdirilmiş seçimdir.


Qeyd edək ki, Qarabağda fəaliyyət göstərən hotellərdə əvvəlcədən rezervasiya etmək də məcburi deyil.

Belə olan halda vətəndaşlar əvvəlki qaydada yolumuzqarabaga.az portalı vasitəsilə qeydiyyatdan keçərək icazə alıb, yerində hotel xidmətindən yararlana bilərlər.

Bizim.Media.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO