Tofiq Bəhramov adına Respublika Stadionu Avropa Stadion və Təhlükəsizlik İdarəçiliyi Assosiasiyasına (ESSMA) rəsmi olaraq üzv qəbul edilib.
Gənclər və İdman Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu üzvlük arenanın beynəlxalq təcrübə mübadiləsinə qoşulması, təhlükəsizlik, idarəetmə və digər sahələrdə daha yüksək pilləyə yüksəlməsi baxımından faydalı olacaq.
Üzvlüklə bağlı ESSMA-nın rəsmi səhifəsində də paylaşım edilib.
Paylaşımda 31200 tamaşaçı tutumu olan, Azərbaycan milli komandası və "Qarabağ"ın ev oyunlarını keçirdiyi stadionun dünyada futbol referisinin adını daşıyan ilk arena olduğu da qeyd edilib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:03 / 09.07.2025
Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv QƏBUL EDİLDİ
Hazırda oxunan: Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv QƏBUL EDİLDİ
Hazırda oxunan: Tofiq Bəhramov adına Respublika Stadionu beynəlxalq assosiasiyaya üzv QƏBUL EDİLDİ
259062
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.