"Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər" - Rafael Qrossi

"Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər" - Rafael Qrossi

Hazırda oxunan: "Almaniya bir neçə ay ərzində nüvə silahı əldə edə bilər" - Rafael Qrossi

259043

Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib.

"Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq. Bunun üçün sadəcə bir neçə ay tələb oluna bilər. Almanların bunun üçün lazım olan nüvə materialı var, bunu necə edəcəklərini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar var", - deyə Qrossi jurnalistin sualını cavablandırıb.
 

Eyni zamanda o, bunların yalnız hipotetik fərziyyələr olduğunu vurğulayıb.


Qrossi xəbərdarlıq edib ki, Avropa ölkələri nüvə silahı əldə etməyə çalışmamalıdır, çünki bu, dünya nizamını "cəngəllik qanunu"na çevirəcək.

"Avropa ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaqda nümunə göstərsələr, biz 20-30 ölkənin nüvə silahına malik olduğu dünyaya şahid olardıq. Axı belə silahların yaradılması potensialı bütün Qərbi Avropada, bir çox Asiya ölkələrində, həmçinin Fars körfəzi ölkələrində mövcuddur... Biz "cəngəllik qanunu"na qayıdardıq, hər kəs özbaşına hərəkət edərdi", - deyə o izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO