57 yaşlı kişini it dişlədi - FOTO

57 yaşlı kişini it dişlədi - FOTO

Hazırda oxunan: 57 yaşlı kişini it dişlədi - FOTO

258992

Kürdəmirdə 57 yaşlı kişini it dişləyib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarasu kəndi ərazisində qeydə alınıb.
 

Belə ki, Qarabucaq kənd sakini 1968-ci il təvəllüdlü Məmişov Rövşən Əbil oğlu kənd ərazisində olarkən sahibsiz itlərin hücumuna məruz qalıb və it onun sol qolunu dişləyib.


Xəsarət alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.



Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO