“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

Hazırda oxunan: “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

258991

“Pəhriz proqramı üçün ödəniş etdim, daha sonra öyrəndim ki, menyunu özü yox, “ChatGPT” yazıbmış”.

Bizim.Media xəbər verir ki, ABŞ-də yaşayan keçmiş telejurnalist Günel Musəvi (Günel Krişnan) instaqram hesabında bildirib.

O, universitet yoldaşının dələduzluğuna məruz qaldığını bildirib: 

“Adətən antireklam etmirəm, amma istəmirəm ki, kimsə mənim kimi aldansın. Kamranla universitetdən tanış idik, mən arıqlamaq istəyirdim, o, isə biznes qurmaq. Düşündüm ki, bir-birimizi dəstəkləyərik. Dedi ki, həkim və dietoloqlardan ibarət komanda ilə işləyir, hər şey fərdi şəkildə hazırlanır”.

G. Musəvi pəhriz planı üçün 130 dollar (221 AZN) ödəniş etdiyini bildirib:

“Pulumu göndərib, analizlərimi paylaşdım. Amma nəticədə “ChatGPT”dən alınmış qrafik və pəhriz planı verildi. Bütün “komanda” sadəcə süni intellekt imiş. Uzun zamandır belə aldanmamışdım. Dərsimi aldım, siz də aldanmayın”.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO