Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi: PUA-lar havaya qaldırıldı – VİDEO

Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi: PUA-lar havaya qaldırıldı – VİDEO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimi: PUA-lar havaya qaldırıldı – VİDEO

258969

Ölkəmizdə Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, təlimin açılış mərasimində Vətən uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
 

Mərasimdə çıxış edən təlim rəhbərləri iştirakçılara uğurlar arzulayaraq keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib.


Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Qeyd edək ki, birgə təlim iyulun 10-dək davam edəcək.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO