Putin: “Regional silahlı qarşıdurmalar dayanmır”

Putin: “Regional silahlı qarşıdurmalar dayanmır”

Hazırda oxunan: Putin: “Regional silahlı qarşıdurmalar dayanmır”

25890

Rusiya Müdafiə Nazirliyi 22-24 iyun 2021-ci il tarixlərində beynəlxalq hərbi siyasət sahəsində ən aktual problemlər və meyllərin müzakirə ediləcəyi IX Beynəlxalq Təhlükəsizlik Konfransını keçirir. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “tvzvezda.ru” saytı yayıb. 

Mənbə yazır ki, Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva Konfransının iştirakçıları üçün nitq söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Putindən Qarabağ çıxışı - MÜHÜM AÇIQLAMA - VİDEO


“Tədbiriniz müasir hərbi-siyasi gündəmin ən vacib məsələlərinə həsr edilib. Planetdə təhlükəsizliyin gücləndirilməsi və sivilizasiyamızın davamlı inkişafı onların həll yolundan, ümumi çağırışlara təsirli, birgə cavabların təsirli axtarışından asılıdır”, deyə o, qeyd edib. 

Dövlət başçısı geosiyasi proseslərdə qarışıqlığın artdığını vurğulayıb. Əlavə edib ki, bəzi müsbət siqnallara baxmayaraq, beynəlxalq hüquq erroziyaya uğrayır: 

"Öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirmək üçün güc tətbiq etmək cəhdləri dayanmır". 

Ən çox narahat edən məsələlər arasında Putin regional silahlı qarşıdurmaları, kütləvi qırğın silahlarının yayılma risklərini, sərhədyanı cinayətkar qrupların narkotik ticarətini və kiber cinayətkarların fəaliyyətini göstərib: 

“Beynəlxalq terrorizm xüsusi təhlükə yaradır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO