Şəkidə TIR yandı, içərisindəki kosmetik məhsullar kül oldu - FOTO/VİDEO

Şəkidə TIR yandı, içərisindəki kosmetik məhsullar kül oldu - FOTO/VİDEO

Hazırda oxunan: Şəkidə TIR yandı, içərisindəki kosmetik məhsullar kül oldu - FOTO/VİDEO

258879

Şəkidə hərəkətdə olan TIR yanıb. Yanğının ətrafa yayılmasının qarşısı alınıb və söndürülüb, hazırda soyutma işləri davam edir.

Günün ikinci yarsında Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan TIR-da alovlanma baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycan vətandaşı Tağı Orucova məxsus iritonnajlı yük avtomobili Gürcüstandan gələrək Bakıya doğru hərəkət edirmiş. Avtomobili 53 yaşlı Türkiyə vətandaşı Canaydin Temel Riza idarə edib.

Hadisə şahidlərinin sözlərinə görə “Mercedes-Actros” markalı TIR-da yanğın anidən başlayıb və sürücü avtomobili yol kənarına çəkənə kimi alovlanma da sürtlənib.

Yanğının genişlənərək ətraf əraziyə yayaılmasının qarşısı dərhal alınıb. Avtomobilin yük hissəsi çətinliklə ayrılıb. TIR-n yük hissəsinin yanar konstruksiyaları və yük hissəsində olan parfümeriya və kosmetik məhsullar isə yanıb.
 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.


Faktla bağlı araşdırma aparılır.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO