Azərbaycanda əsgərlik yaşı ARTIRILIR?

Azərbaycanda əsgərlik yaşı ARTIRILIR?

Hazırda oxunan: Azərbaycanda əsgərlik yaşı ARTIRILIR?

258869

Hələ də əsgərlik yaşının dəyişdirilməsi ilə bağlı müzakirələr ictimaiyyətin diqqətindədir. Bəzi fikirlərə görə, çağırış yaşı artırıla bilər.

Bəs, bu addım atılarsa, uyğun yaş neçə olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, əsgərlik üçün ən uyğun yaş məhz 18-dir:

“Əlbəttə, bu mövzuda şəxsi fikrim var. Düşünmürəm ki, 18 yaş əsgərlik üçün tam uyğun yaş deyil. Əksinə, elə əsl əsgərlik yaşı 18-dir. Bu yaşda gənclər həyatla yeni tanış olur, dünyanı dərk etməyə başlayır. Ömürlərinin ən enerjili, sağlam və formalaşma dövründədirlər. Elə bu dönəmdə əsgərlik onlara tərbiyə, məsuliyyət və həyat dərsi verir”, - deyə deputat qeyd edib.

Aqil Abbas hesab edir ki, çağırış yaşının artırılması effektiv nəticə verməz:

 “Bundan daha yuxarı yaşda gəncləri əsgər aparmağın ciddi faydası yoxdur. O dövrdə artıq fərdin öz planları, ailə məsuliyyəti, iş həyatı formalaşır. Əsgərlik bu mərhələdə yükə çevrilə bilər. 18 yaş isə həm fiziki, həm psixoloji baxımdan tam uyğun dövrdür”, - deyə o, bildirib. 

Aygün Hüseyn, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO