Almaniyaya viza üçün edilən müraciətlərdə dəyişiklik olub.
Bizim.Media xəbər verir ki, iyulun 1-dən etibarən vizaya müraciətə imtina cavabı verildikdə, artıq əvvəlki kimi remonstrasiya (etiraz məktubu) göndərmək mümkün deyil.
Yəni Şengen və ya milli vizaya rədd cavabı verildiyi təqdirdə, artıq səfirliyə müraciət edib qərarın dəyişdirilməsi mümkün olmayacaq. Yeganə çıxış yolu Berlin İnzibati Məhkəməsində məhkəmə iddiası qaldırmaq və ya yenidən viza üçün yeni sənədlərlə müraciət etməkdir.
Qeyd etmək yerinə düşər ki, sözügedən qərar yalnız bir deyil, bütün ölkələr üçün keçərlidir.
Bu baxımdan, viza sənədlərini daha dəqiq və diqqətli hazırlamaq, mümkün riskləri əvvəlcədən dəyərləndirmək, lazım gələrsə, hüquqi məsləhət almaq tövsiyə olunur. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:04 / 08.07.2025
Almaniyaya viza alınmasında dəyişiklik olub
Hazırda oxunan: Almaniyaya viza alınmasında dəyişiklik olub
Hazırda oxunan: Almaniyaya viza alınmasında dəyişiklik olub
258831
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.