Çində hətta təcrübəli həkimləri belə şoka salan hadisə baş verib. Belə ki, 33 yaşlı kişinin qarnından diri ilanbalığı çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Huaihua Daily" nəşri məlumat yayıb.
Qeyd olunub ki, 33 yaşlı çinli əvvəlcə kəskin qarın ağrısı, taqətsizlik və güclü tərləmə şikayətləri ilə xəstəxanaya müraciət edib.
Pasiyent xəstəxanaya daxil olan kimi kompüter tomoqrafiyası (KT) aparılıb və bu zaman qarın boşluğunda yad cismin olduğu müəyyən edilib. Həkimlərin apardığı təcili diaqnostika nəticəsində onun qarın boşluğunda 30 santimetr uzunluğunda diri ilanbalığı aşkarlanıb.
Qarın nahiyəsi gərgin və daş kimi bərk olduğuna görə həkimlər dərhal təcili əməliyyat qərarı veriblər. Cərrahi müdaxilə zamanı balıq orqanizmdən çıxarılıb.
Məlum olub ki, ilanbalığı sadəcə bağırsaqda deyilmiş - o, bağırsaq divarını gəmirərək qarın boşluğuna keçib. Həkimlər dərhal müdaxilə edərək balığı çıxarıblar, zədələnmiş nahiyəni tikiblər və orqanları yuyublar ki, infeksiya riski minimuma endirilsin.
Balığın bədənə necə daxil olduğu açıqlanmayıb. (Oxu.Az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:46 / 08.07.2025
Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı – FOTO
Hazırda oxunan: Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı – FOTO
Hazırda oxunan: Həkimləri şoka salan hadisə: Çinli gəncin qarnından DİRİ İLANBALIĞI çıxarıldı – FOTO
258828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.