İnternet uşaqlara hansı xəstəlikləri “bəxş” edib?  – DİQQƏTLƏ OXUYUN 

İnternet uşaqlara hansı xəstəlikləri “bəxş” edib?  – DİQQƏTLƏ OXUYUN 

Hazırda oxunan: İnternet uşaqlara hansı xəstəlikləri “bəxş” edib?  – DİQQƏTLƏ OXUYUN 

25882

Son zamanlar hər kəsin "yoluxduğu" sosial media, internet "xəstə"liyi uşaqlardan da yan keçməyib. Artıq onlar da günlərini kompüter, telefon arxasında keçirirlər. Psixoloq və həkimlər valideynlərə övladlarını adıçəkilən vaistələrdən uzaqlaşdırmağı məsləhət görür. 

Bizim.Media valideynlər üçün internetin uşaqlara "bəxş" etdiyi xəstəlikləri təqdim edir: 

Özgüvən əksikliyi 

Gününü kompüter və telefonla keçirən uşaqlarda özgüvən əksikliyi, ünsiyyət, fikrini ifadə edə bilməmə problemi yaranır. 

Özünə hörmət etməmək, şübhəlilik 

Övladlarında utancaqlıq, üz-üzə ünsiyyətdən çəkinmək kimi hallar valideynləri narahat etməlidir.

Bu uşaqlar özünə hörmət etməyi bacarmır, hər kəsə şübhə ilə yanaşır. 

Depressiya 

İnternetdən asılılıq və depressiya bir-birinə bağlıdır. Sosial media istifadəçilərində depressiya riski artıq olur. 

Gün ərzində 6 saatdan çox İnternetdən istifadə edən uşaqların 83 faizi, 4-6 saat istifadə edənlərin 50, 2-4 saat istifadə edənlərin 21, 1-2 saat istifadə edənlərin 14 faizi depressiya ilə yaşayır. 

Yemək pozuntusu 

Saatlarla kompüter qarşında əyləşən uşaqlar ya yemək yeməyi, ya da doymaq hissini unudurlar. Çox vaxt bu uşaqlar fast-food qidalarına, qazlı içkilərə üstünlük verirlər. Sonda isə piylənmədən əziyyət çəkirlər. 

Yemək yeməyi unutduqda isə halsızlıq, anemiyaya yaxalanırlar. 

Yuxusuzluq 

Həddindən artıq internet asılılığı yuxu pozğunluğu ilə də əlaqələndirilir. Uzun zaman onlayn qalmaq üçün çox vaxt kofein dərmanı istifadə edilir. Yuxusuz qalmaq yorğunluğa, immun sisteminin aşağı düşməsinə səbəb olur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO