Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri, iqtisadçı Natiq Cəfərliyə ağır itki üz verib.
Bizim.Media xəbər verir ki, Natiq Cəfərlinin atası Gürcüstanda yerləşdirildiyi xəstəxanada vəfat edib.
Bu haqda REAL partiyasının sosial şəbəkədə hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Dərin hüznlə bildiririk ki, REAL Partiyası Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin atası Mehman Cəfərov bu gün vəfat edib. Mərhum Mehman müəllimin ailəsinə, yaxınlarına, xüsusilə də hörmətli Natiq bəyə səbr diləyirik. Allah rəhmət eləsin!”
Mərhum Mehman Cəfərov doğulduğu Gürcüstanda - Bolnisi rayonunun Babakişilər kəndində dəfn olunacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:02 / 08.07.2025
Natiq Cəfərliyə ağır itki – FOTO
Hazırda oxunan: Natiq Cəfərliyə ağır itki – FOTO
Hazırda oxunan: Natiq Cəfərliyə ağır itki – FOTO
258815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.