Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

Hazırda oxunan: Bu şəxslər 15 min manat CƏRİMƏ EDİLƏCƏK

258790

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına dair cərimələr müəyyənləşdirilir.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, qeyri-hökumət təşkilatı tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyat üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə cərimə ediləcək.
 

Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə olmadan və ya qeydiyyata alınmamış belə müqavilə üzrə qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsinə və ya işlərin görülməsinə, yaxud bununla əlaqədar maliyyə vəsaiti və (və ya) başqa maddi formada vəsait qəbul edilməsinə görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 8000 manatdan 15 000 manatadək məbləğdə cərimə ediləcək.


Qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər 2 500 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 5000 manatdan 8000 manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO