Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

Hazırda oxunan: Putinin bu gün işdən çıxardığı nazirin meyiti TAPILDI - VİDEO

258669

Bu gün işdən çıxarılan Rusiyanın nəqliyyat naziri Roman Starovoyt intihar edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, o, özünü güllələyib. Bəzi mənbələr onun meyitinin şəxsi avtomobildə tapıldığını yazıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin bu gün imzaladığı fərmanla Roman Starovoyt Rusiya Federasiyasının nəqliyyat naziri vəzifəsindən azad edilib.
 

Starovoyt nəqliyyat naziri vəzifəsində 2024-cü ilin may ayından çalışırdı. Buna qədər isə o, Kursk vilayətinin qubernatoru vəzifəsini tutub.


Bəzi mənbələr Starovoytun Myakinino kəndindəki evində intihar etdiyini, digər mənbələr isə onun meyitinin şəxsi avtomobilində tapıldığını yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO