Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda BİRGƏ TƏLİMİ – FOTO 

Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda BİRGƏ TƏLİMİ – FOTO 

Hazırda oxunan: Azərbaycan və Türkiyə hərbçilərinin Naxçıvanda BİRGƏ TƏLİMİ – FOTO 

25865

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlimi keçirilir. 

Bizim.Media xəbər verir ki, təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı barədə raport verdikdən sonra uçuşa hazır olan "Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatına və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Anadolu Qartalı-2021” təlimi başladı - FOTO-VİDEO


Pilotsuz uçuş aparatının taktiki-texniki xassələri haqqında məlumat verilərək bildirilib ki, aparatın kompleksinə müxtəlif növ idarəolunan raketlər daxildir.

"Bayraqdar-TB2" silahlı pilotsuz uçuş aparatının uçuşlarını təmin edən qüllə, antennaların taktiki-texniki xassələri haqqında məlumat verilib, silahlı pilotsuz uçuş aparatının uçuşa hazırlanması və uçuşu, silahlı pilotsuz uçuş aparatının praktiki uçuşların idarəedilməsi izlənilib, yerüstü nəzarət və idarəetmə stansiyası təqdim olunub. 

Taktiki-xüsusi təliminin planı ilə tanışlıq zamanı bildirilib ki, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir. 
Planla tanışlıqdan sonra təlimə start verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO