Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları...

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları...

Hazırda oxunan: Bakı metrosunda HƏYƏCANLI ANLAR: Ana və övladları...

258623

Bu gün səhər saatlarında metronun "İnşaatçılar" stansiyasında sərnişinlər ekskalatordan yıxılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a hadisə şahidləri məlumat veriblər.

Qeyd olunub ki, təxminən 40-45 yaşlarında xanımın yıxılmasına səbəb eskalatorun işləməməsi olub.
 

"Xanım yıxılan kimi, eskalatorun hərəkəti dayandırıldı. Sərnişinlərlə metro işçiləri arasında insident oldu", - deyə məlumatda bildirilib.


"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, xanımın yıxılmasına səbəb müvazinətini itirməsi olub.

"Sözügedən hadisə ilə bağlı bildiririk ki, metrodan ilk dəfə istifadə edən xanım sərnişin üç övladı ilə birlikdə "İnşaatçılar" stansiyasında eskalatordan istifadə qaydalarına bələd olmadığı üçün minməyə tərəddüd edib, eskalatora mindikdən sonra isə müvazinətini itirərək yıxılıb. Uşaqlar da onunla birlikdə yıxılıblar.

Metropoliten əməkdaşları hadisəyə dərhal müdaxilə ediblər, beş saniyə ərzində eskalatorun hərəkəti dayandırılaraq sərnişinlərin təhlükəsizliyi təmin olunub. Eyni anda ehtiyat eskalator işə salınaraq hərəkət axını bərpa edilib.

Nəzərinizə çatdırırıq ki, sərnişin xanımın öz istəyi ilə təcili tibbi yardım çağırılmayıb və çəkiliş aparılmasına razılıq verilməyib.

Əməkdaşlarımız tərəfindən sərnişinin şəxsi məxfiliyinə və seçimlərinə hörmətlə yanaşılıb", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO