DYP-dən radar olan ərazilərlə bağlı AÇIQLAMA

DYP-dən radar olan ərazilərlə bağlı AÇIQLAMA

Hazırda oxunan: DYP-dən radar olan ərazilərlə bağlı AÇIQLAMA

258581

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Bizim.Media-ya idarənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti sadəcə nəqliyyat vasitəsinin bir nöqtədən digərinə hərəkəti deyil, dünyada hər gün milyonlarla insanın qarşılıqlı anlaşma, məsuliyyət və diqqətlə birgə hərəkət etdiyi mürəkkəb və canlı bir sistemdir. Bu sistemin əsas qayğısı isə təhlükəsizlikdir. 
 

“Məhz bu təhlükəsizliyin təmin olunmasında radar sistemləri xüsusi yer tutur. Radar sadəcə bir texniki qurğu deyil, qanuna, qaydalara və insan həyatlarının qorunmasına xidmət edən texniki vasitədir. Radar yollarda nəzarəti gücləndirməklə yanaşı, bizə öz məsuliyyətimizi xatırladır. Hər dəfə radarın yaxınlığından keçərkən biz bir anlıq da olsa düşünürük: Nəqliyyat vasitəni yüksək sürətlə sürsək, nə qazanırıq? – cərimə, təhlükəli anlar, həyəcan və ağır qəzalar. 


Müşahidələr göstərir ki, radar olan ərazilərdə yol-nəqliyyat hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalır.

Sürət həddinə nəzarət etməklə radar potensial faciələrin qarşısını alır. Bu bizim üçün sadəcə bir cihaz deyil, yol təhlükəsizliyinə töhfədir. Radar-bizim tərəfdaşımızdır, həm də sizin yol yoldaşınızdır. Onun varlığı yolda intizam yaradır, yetər ki, riayət edək. Hər birinizə sağlam və təhlükəsiz yollar arzulayırıq”, - deyə müraciətdə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO