Çimərlikdə bunları yeməyin - ÖLDÜRÜR

Çimərlikdə bunları yeməyin - ÖLDÜRÜR

Hazırda oxunan: Çimərlikdə bunları yeməyin - ÖLDÜRÜR

25825

Yay fəsli gələn kimi şəhərin istisindən, yorğunluğundan qaçmaq üçün insanlar ən çox çimərliklərə üz tutur. Lakin çox təssüflər olsun ki, çimərlikdə dincələrkən qidalanmada bəzi səhvlərə yol veririk. Bəzən istirahət dedikdə insana elə gəlir ki, ancaq bolluca qidalanmalıdır.

Çox vaxt istirahət üçün çimərliyə gələnlər özləri ilə yağlı, kalorili yeməklər gətirirlər. Lakin isti havada, xüsusən də çimərlikdə qidalanmaya xüsusi diqqətlə yanaşmaq lazımdır. 

Çimərlikdə necə qidalanmaq lazımdır?
 

MÖVZU İLƏ BAĞLI:

Çimərliklərlə bağlı əhaliyə müraciət edildi - Bunlar QADAĞANDIR


Qida mütəxəssisi Ağa Salmanov Bizim.Media-ya açıqlamasında dəniz kənarında dincələnlərə kalorili yeməklərdən uzaq durmağı tövsiyyə edib.  

O, bildirib ki, əsasən də çimərlikdə kabab yemək sağlamlıq üçün təhlükəlidir.

“Çimərlikdə kabab və digər yağlı qidalar qəbul etmək həzm prosesinə çox ağır təsir edir. Bu qidaları isti havada qəbul etmək isə sağlamlıq üçün birbaşa riskdir. Bundan başqa istirahət edənlərin daha bir səhvi, dəniz kənarına mayonezli salatlardan istifadə etməsidir. Çünki bu qidaları evdən hazırlayıb çimərliyə aparana qədər bir müddət vaxt keçir.

Bu zaman mayonezlə hazırlanan qidaların tərkibi dəyişir və bu da zəhərlənməsinə gətirib çıxarır. Bundan başqa açıq havada satılan yeməklərdən də uzaq durmaq lazımdır. Belə halda satılan qidalar virusa yoluxmanı da da sürətləndirə bilər”.

Dovğa, doğramac və tərəvəzlər...

Mütəxəssis çimərlikdə yeyilə biləcək qidaların da adlarını açıqlayıb. Onun sözlərinə görə, bu zaman daha çox çiy qidalardan istifadə etmək faydalıdır.
 

“Birinci növbədə isti havada bolluca təmiz su içmək lazımdır. Pomidor, xiyar və digər yay tərəvəzlərindən hazırlanan mayonezsiz salatlarla qidalanmaq daha xeyirlidir.  Bundan başqa qatıqdan hazırlanan dovğa, doğramac da sizin ən gözəl seçiminiz ola bilər”. 


İnsan istənilən virusa yoluxa bilər...

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə Bizim.Media-ya açıqlamasında bildirib ki, insanlar sağlamlıqları üçün birinci olaraq, yeməklərdən istifadə etməzdən əvvəl gigiyenik qaydalara əməl etməlidirlər.

“Gigiyenik qaydalara əməl olunmadıqca, insan istənilən virusa yoluxa bilər. Bunun üçün əsasən əllərin təmiz yuyulmasına diqqət etmək lazımdır. Bundan başqa çimərlikdə olarkən karantin qaydalarını da unudulmamalıyıq. Bütün qaydalara əməl etdikcə həm özümüzü, həm də ətrafımızı lazımınca qoruya bilərik”.

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO