Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

Hazırda oxunan: Qadın güləşçimiz ikinci dəfə Avropa çempionu OLDU

258076

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.

Bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kiloqram) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, Günay bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U-23 Avropa çempionatının qalibi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO