Siyəzəndə təmizlik və abadlıq işləri davam etdirilir – FOTO/VİDEO

Siyəzəndə təmizlik və abadlıq işləri davam etdirilir – FOTO/VİDEO

Hazırda oxunan: Siyəzəndə təmizlik və abadlıq işləri davam etdirilir – FOTO/VİDEO

258038

Siyəzən Rayon İcra Hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən ərazidə səliqə-səhmanın, təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu məsələlər daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə rayon ərazisində mütəmadi olaraq iməciliklər, ekoloji aksiyalar təşkil olunur, abadlıq və təmizlik işləri aparılır. Eyni zamanda, rayon ərazisindən axan Ataçay və Gilgilçay çaylarının sahillərində və yataqlarında növbəti təmizlik işləri görülüb. Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb edilərək çay sahələri məişət tullantılarından təmizlənib, abad və səliqəli vəziyyətə gətirilib.

Rayonda səliqə-səhman, təmizlik və abadlıq işlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO