Türkiyədə yüngülmühərrikli təyyarə qəzaya düşüb.
Bizim.Media “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Rize vilayətinin valisi İhsan Selim Baydaş yayıb.
Onun sözlərinə görə, hadisə yerindən qadın sərnişin xilas edilib.
“Təəssüf ki, pilot Mehmet Demirci həlak olub”, – deyə vali bildirib.
Məlumata görə, iki nəfərin olduğu hava gəmisinin Sivrihisar–Rize marşrutu ilə hərəkət edərkən yerli vaxtla dünən saat 18:18-də (Bakı vaxtı ilə 19:18) Rize ilə Ərzurum arasında yerləşən ərazidə qəzaya uğradığı müəyyən edilib.
Axtarış-xilasetmə əməliyyatına Bayburt, Rize və Ərzurumdan xilasedici dəstələr, 12 texnika, helikopter, kəşfiyyat təyyarələri, axtarış itləri, tibb briqadaları və digər qüvvələr cəlb olunub.
Axtarışlar gecə boyunca termal kameralar və gecəgörmə cihazları ilə təchiz olunmuş dronlar vasitəsilə davam etdirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:47 / 03.07.2025
SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzası: Ölən və yaralanan var – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzası: Ölən və yaralanan var – FOTO
Hazırda oxunan: SON DƏQİQƏ: Türkiyədə təyyarə qəzası: Ölən və yaralanan var – FOTO
257927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.