Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi

Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi

Hazırda oxunan: Azərbaycan və Özbəkistan qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəldi

257826

“Azərbaycan və Özbəkistan müntəzəm dialoqun aparılması və qonşu ölkələrlə nəqliyyat siyasətinin koordinasiyası üzrə razılığa gəlib”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir”


“Biz, həmçinin bugünkü imkanları, eləcə də Xəzərdən Azərbaycana, oradan isə Qərb istiqamətinə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik.

Biz infrastrukturumuzun böyük həcmdə yükləri qəbul etməyə hazır olması baxımından layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirməklə yanaşı, həm də bizə qonşu ölkələrlə çoxtərəfli formatda nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq və iş aparmağa razılaşdıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO