Yekaterinburqda keçmiş illərdə törədilmiş qətllər işi üzrə təqsirləndirilən azərbaycanlı Akif Səfərov həbs qərarına etiraz edərək apellyasiya şikayəti verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Sverdovsk vilayət məhkəmələrinin birgə mətbuat xidməti yayıb.
Məlumata görə, ümumilikdə iş üzrə 6 Rusiya vətəndaşı saxlanılıb.
Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev, bu gün isə Şahin Lalayev həbs olunublar.
Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.
Bizim.Media