Ağcabədidə qayınata kürəkəninin burnunu kəsdi

Ağcabədidə qayınata kürəkəninin burnunu kəsdi

Hazırda oxunan: Ağcabədidə qayınata kürəkəninin burnunu kəsdi

257712

Ağcabədi rayonunda qayınata kürəkəninə xəsarət yetirib.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin T.İsmayılov küçəsində baş verib.

Şəhər sakini Məqsəd Tahirovun (ad və soyad şərtidir) qızının ailəsində problem yaranıb və onlar ayrılmaq üçün məhkəməyə müraciət ediblər. Boşanma ərəfəsində olan cütlük arasında mübahisə davam edib və Məqsəd Tahirov qızını öz evinə gətirib.
 

Gözəllik salonunda işləyən qızı atasına zəng edərək həyat yoldaşının onun iş yerinə gəldiyini və təhqir etdiyini bildirib.


Hadisədən əsəbiləşən M.Tahirov gözəllik salonunun qarşısına gəlsə də, kürəkəni hadisə yerində olmayıb. O, kürəkəninin arxasınca gedib və onu yaxınlıqdakı mağazanın qarşısında yaxalayıb. M.Tahirov əlindəki bıçaqla kürəkəninin baş və burun nahiyəsinə xəsarətlər yetirib.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə M.Tahirova 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO